17 Dekabr, 2011
Türkiyə öz daxili problemləri ilə məşğul olsun

"Sədr" hərəkatının rəhbəri Müqtəda Sədr Türkiyənin bölgədə aktivlik nümayiş etdirməsi ilə bağlı ona ünvanlanmış suala cavab olaraq bildirib ki, Türkiyə xarici məsələlərə baş qoşmaqdansa, ilk öncə daxili problemlərini həll etməlidir.

Müqtəda Sədr bildirib ki, Türkiyə də ABŞ kimi öz xalqının problemlərini həll etmək əvəzinə xarici məsələlərə baş qoşarsa, ABŞ-ın yaşadığı aqibət onları da gözləyir. Necə ki, ABŞ xalqından və ölkəsində gedən problemdən qəflətdədir, Türkiyədə də eyni hal baş verəcəkdir.

Müqtəda Sədr bildirib ki, Türkiyə İranın çətin zamanından yəni ABŞ-ın İran üçün yaratdığı xeyli problemlərlə mücadilə etdiyi zamandan sui-istifadə edir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-573.html