
Mosulda hazırda 2 milyon insan yaşayır
Beynəlxalq koalisiyanın 15 oktaybrda başlamağı planlaşdırdığı Mosul əməliyyatında 40 min İraq əsgəri və yerli döyüşçü meydana çıxacaq.
Ahlibeyt.az-ın İnteraz-a istinadən xəbər verir ki, Mosulu İŞİD-dən təmizləmək üçün 15 min yerli əsgər döyüşəcək. Yerli döyüşçülər əməliyyat başa çatdıqdan sonra Mosulun daxili təhlükəsizliyindən məsul olacaq. 20-25 min İraq ordusu üzvü Mosulun qurtarılması üçün mübarizə aparacaq.
Mosulda hazırda 2 milyon insan yaşayır. Mosul əməliyyatı zamanı xalqın şəhəri tərk etmək istəsə ciddi humanitar problem yaşanacaq. Əməliyyatın Tikrit və Amadidə olduğu kimi köçə səbəb olması istənilmir. Buna görə əməliyyat başqa formada həyata keçirilir.
Əməliyyat çərçivəsində İŞİD-in Mosulun qərbinə doğru sıxışdırılması və terror təşkilatının bu bölgədə boğulması hədəfə alınır.