
Misirin Al-Zakazik əyalətinin məhkəməsi İŞİD terrorçu qruplaşması ilə əlaqələrinə görə 40 nəfəri ömürlük həbs cəzasına məhkum edib.
Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə,bu barədə Misirin “Əl-Fəcr” qəzeti məlumat yayıb.
Məlumatına görə, onlar İŞİD-in İraqdakı və Suriyadakı qruplaşmaları ilə əlaqələr qurublar. Həbs edilənlər Misir hərbçilərinə və polislərinə qarşı terror aktlarının hazırlanmasında təqsirləndirilirlər.