24 Sentyabr, 2016
Azərbaycanlı hacıların hamısı ölkəyə qayıdıb

Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların hamısı Vətənə qayıdıb.

Ahlibeyt.az Report-a istinadən xəbər verir ki,Azərbaycanlı zəvvarlar bu il sentyabrın 19-dan başlayaraq Vətənə dönməyə başlayıblar. Onlar sentyabrın 19-u, 21-i və 22-si tarixlərində təyyarə ilə qayıdıblar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5710.html