23 Sentyabr, 2016
İspaniyada ilk müsəlman məktəbi açılacaq

Tezliklə İspaniyada ilk müsəlman məktəbi qapılarını açacaq

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə "İslamtoday” məlumat verib.

İspaniyanın böyüklüyünə görə üçüncü şəhəri olan Valensiyada açılacaq məktəb layihəsinə artıq təxminən 2 milyon avro yatırılıb. Bu vəsait şəhər mərkəzindən 15 dəqiqəlik məsafədəki torpaq sahəsinin alınmasına sərf edilib.

Təhsil müəssisəsi 800 tələbə üçün nəzərdə tutulacaq. Burada məktəbəqədər təhsil də veriləcək. Ümumtəhsil proqramından başqa, uşaqlar ərəb dilini, o cümlədən dini tərbiyə ilə bağlı intizam qaydalarını öyrənəcəklər.

Qeyd edək ki, hazırda 46,4 milyonluq İspaniya əhalisinin 1,8 milyonunu müsəlmanlar təşkil edir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5704.html