
Pan Gi Mun: Münaqişə nəticəsində Suriya əhalisinin yarısı ölkədən qaçıb, infrastruktur dağılıb, münaqişə qurbanlarının sayı 300 min nəfəri keçib.
Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,TASS agentliyinin məlumatında bildirilir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun qurumun Təhlükəsizlik Şurasının iclasında nazirlər qarşısında çıxşı zamanı səsləndirib.
"2011-ci ildən davam edən münaqişə nəticəsində Suriya əhalisinin yarısı ölkədən qaçıb, infrastruktur dağılıb. Şuranın hər bir üzvü, beynəlxalq ictimaiyyət Suriyadakı kollektiv uğursuzluqdan xəbərdar olmalıdır", - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl BMT Suriyada 250 mindən çox insanın həlak olduğu haqqında açıqlama verib.