
Bu il sentyabrın 20-nə təsadüf edəcək zilhiccə ayının 18-də İslam dünyası ən əhəmiyyətli bayramlarından biri olan Qədir-Xum bayramını qeyd edəcək.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu münasibətlə Bakının müxtəlif yerlərində bir sıra bayram tədbirlər keçiriləcək.
Belə ki, sentyabrın 19-da Bakıda yerləşən İranın Mədəniyyət Mərkəzində də Qədir-Xum bayramı ilə əlaqədar bayram şənliyi keçiriləcək. Tədbirdə ilahiyyatçı alimlər, şairlər, məddahlar iştirak edəcək.
Məlumata görə, İraqın Azərbaycandakı səfirliyi də bayram münasibəti ilə tədbir keçirməyi planlaşdırır.
Sentyabrın 19 və 20-də isə Bakının bir sıra məscidlərində bu münasibətlə bayram tədbirləri təşkil olunacaq.