2 Sentyabr, 2016
Qurban bayramı ərəfəsində hərbi hissələrdə "Açıq qapı" günü təşkil olunacaq
Qurban bayramı ərəfəsində sentyabrın 11-də saat 11.00-da hərbi hissələrdə "Açıq qapı" günü təşkil olunacaq.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə müdafiə nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə,ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı ərəfəsində sentyabrın 11-də saat 11.00-da hərbi hissələrdə "Açıq qapı" günü təşkil olunacaq.

Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5663.html