Məhərrəmliyin daxil olması ilə tanınmış şəxslərin İmam Hüseyn(ə) və onun qiyamı barədə deyilmiş sözlərini əks etdirən reklam şitləri Londonun bəzi küçələrini bəzəməkdədir.

Məsihi keşiş- Antonio Bara: "Əgər Hüseyn bizə aid olsaydı, hər yerdə onun adına bir bayraq və minarə ucaldardıq və camaatı xristianlığa dəvət edərdik".

İngiltərə yazıçısı - Çarlz Dikkens: "Əgər Hüseyn qiyam etdikdə məqsədi öz dünyəvi istəklərinə çatmaq olubsa, mən başa düşə bilmirəm bəs nəyə görə bacısını, zövcəsini və övladlarını özü ilə aparıb. Bu onun göstəricisidir ki, o yalnız İslam uğrunda fədakarlıq edib".

Şotlandiya əsilli tarixçi, filosof və yazıçı - Tomas Karlayl: "...Hüseyn az sayla qələbə çalması məni heyrətə gətirmişdir".

Hindistanın azadlıq hərəkatının başçısı və ideoloqu Mahatma Qandi: "İslam qılıncla tərəqqi etməyib. Bu tərəqqi Hüseynin böyük fədakarlığı sayəsində baş vermişdir. Mən məzlum halda qələbə çalmağı Hüseyndən öyrənmişəm".