
Allahın Peyğəmbəri (s):
- "Gülərüzlülük kini təmizləyir"
- "Siz heç vaxt insanların hamısına öz malınızla fayda verə bilməzsiniz. Buna görə də onlarla (heç olmasa) açıq və gülər üzlə görüşün."
İmam Əli (ə):
- "Gülərüzlülüyün sənin alicənablığının və nəfsinin kəramətinin nişanəsidir."
- "Gülərüzlülük azad insanın xislətidir."
- «Gülərüzlülük məhəbbət kəndiridir."
- "Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir."
- "Qardaşlarınızla görüşən zaman bir-birinizə əl verin, onlara gülərüzlülük və təbəssüm göstərin ki, ayrılarkən günahlarınız tökülsün."
- "İnsanların, dostlarının ürəklərini ələ almaları və düşmənlərinin qəlbindən kinləri təmizləmək üçün ən yaxşı vasitə onlarla qarşılaşanda gülərüzlü olmaları, yanlarında olmayanda halları ilə maraqlanmaları və yanlarında olanda təbəssüm etmələridir."