30 Avqust, 2016
Parisdə restoran sahibi müsəlman xanımları məkandan qovub

Parisin Tramble-an Frans şəhəri ətrafında yerləşən “Le Cenacle” restoranının sahibi iki müsəlman xanıma qulluq etməkdən imtina edib - Hadisə yerli islam icmasının ciddi reaksiyasına səbəb olub.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə “Le Parisien” məlumat verirb. Tramble-an-Fransda “Le Cenacle” məkanının sahibi Jan-Batist müsəlmanlara xidmət etməkdən imtina etdiyinə görə rasizmdə ittiham olunub.

Qəzetin məlumatına əsasən, restoran sahibi müsəlman xanımlardan məkanı tərk etmələrini tələb edib və bunu, guya bütün müsəlmanların terrorçu olması ilə əsaslandırıb.

Münaqişə videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Sosial şəbəkələrdə yayılan video yerli islam icması tərəfindən narazılıqla qarşılanıb. Müsəlman icmasının üzvləri etiraz aksiyası təşkil etdikdən sonra restoran üzr istəyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5649.html