
Qurani-Kərim:
- "Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edərş" (Ənfal-2)
Allahın Peyğəmbəri (s):
- "Kim günah xarlığından itaət başucalığı ilə çıxsa, Allah yoldaş və həmdəmsiz onun həmdəmi olar və mal və sərvətsiz ona kömək edər."
- "Kimin ən çox fikir və təlaşı nəfsi istəklərə çatmaq olsa imanın şirinliyi onun qəlbindən çəkilib çıxarılar."
- "Mömin hər bir xislətə adət edər , amma yalançılıq və xəyanətə adət etməz."
- "İmanın ən üstünü səbr və güzəştdir"
İmam Əli (ə):
- "İman qəlbdə bir ağ nöqtə kimidir ki, iman artdıqca həmin ağ nöqtə də böyüyər və iman kamilləşəndə qəlbin hamısı ağarar."
- "Hər kimdə üç şey olsa imanı kamildir: Ağıl, səbr və elm."
- "İffətlilik və kifayət edəcək miqdara razı olmaq, imanın sütunlarındandır."
İmam Kazim(ə) "Böyük günahlar imanın aradan getməsinə səbəb olurmu?" sualının cavabında buyurmuşdur:
- "Bəli, hətta böyük olmayan günahlar (da imanın aradan getməsinə səbəb olur)"...