27 Avqust, 2016
Türkiyədə qadın polislərin baş örtüyündən istifadə etməsinə olan qadağa aradan qaldırıldı

Türkiyədə qadın polislərin baş örtüyündən istifadə etməsinə icazə verilib.

Ahlibeyt.az-ın Türkiyə mediasına istinadən məlumatına görə,Türkiyə prezidenti R.T.Ərdoğanın 2013-cü ildə demokratikləşmə paketi ilə açıqladığı dövlət idarələrində baş örtüyünə sərbəstlik gətirən qanunların genişləndirilərək qadın polislərin baş örtüyü taxmasına icazə verildi.  yayıb.

Məlumata görə, bu məsələ təhlükəsizlik xidməti əməkdaşlarının geyim qaydalarına edilən dəyişiklikdə əksini tapıb.

Qadın polislərin baş örtüyü taxmasını əngəlləyən maddə bu şəkildə dəyişdirilib: "Şapka, papaq və üzü örtməyən, bəzəksiz, uniforma rəngində baş geyimlərini çıxmaq şərtilə, rəsmi geyimlərin içərisinə kənardan görünəcək şəkildə jaket, jilet və bənzər geyimlər geymək qadağandır".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5642.html