24 Avqust, 2016
Almaniyada niqabla dərsə gəlmək qadağan edildi

Almaniyanın Osnabryuk şəhərində məhkəmə müsəlman şagirdə niqabda dərslərə gəlməyi qadağan edib.

Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 18 yaşlı şagird oxuduğu məktəbin rəhbərliyinin ona dərslərə niqabda gəlməyi qadağan etməsindən sonra məhkəməyə müraciət etmişdi. Məktəb nümayəndələri qərarlarını onunla izah ediblər ki, qızın xarici görünüşü müəllimlərlə açıq şəkildə ünsiyyət qurmağa mane olurdu.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5634.html