23 Avqust, 2016
Türkdilli ölkələrin ortaq televiziyasının adı açıqlanıb

Türkdilli ölkələrin ortaq televiziyasının adı “İnternational turkish news channel” olacaq. Telekanal 6 dildə yayımlanacaq”.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şura) baş katibi Ramil Həsənov deyib.

“Ortaq televiziyanın yaradılması ilə bağlı siyasi qərar var. Neftin qiymətinin düşməsindən sonra Qazaxıstan tərəfi prosesi bir müddət dondurmağı xahiş etdi. Televiziyanın harada yerləşəcəyi ilə bağlı məsələsi hələ tam həllini tapmayıb. Bu, Azərbaycan, Türkiyə, Qazaxıstan da ola bilər", - deyə o vurğulayıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5626.html