
Türkiyə sona qədər terror təşkilatlarına qarşı mübarizə aparacaq
"Türkiyə-Suriya sərhədi İŞİD terror qruplaşmasının yaraqlılarından tamamilə təmizlənməlidir".
Ahlibeyt.az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə sona qədər terror təşkilatlarına qarşı mübarizə aparacaq.