
Əbdül-Əziz bin Fəhd Twitterdə tanınmış vahhabi alimi Məhəmməd əl-Arifiyə müraciət edərək yaxın günlərdə şiəlik əleyhinə televiziya kanalı açılacağına söz verib.
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən "mbc" televiziya kanalının sahiblərindən olan şahzadə Əbdül-Əziz bin Fəhd Twitter sosial şəbəkəsində olan şəxsi səhifəsində bildirib ki, yaxın zamanlarda fars dilində televiziya kanalı açacaq. Kanalın açılmasından məqsəd isə farsdilli camaata dini təlimləri izah etmək olacaqdır.