
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatlarını 9-cu qrant müsabiqəsində iştirak etmək üçün “A” və “B” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir.
Ahlibeyt.az-ın məlumatına görə, Fonddan Azeərtac-a bildiriblər ki, müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləməkdir.
Layihə təkliflərinin qəbulu avqustun 25-də başa çatacaq.
Müsabiqənin prioritet istiqamətləri, qayda və tələbləri barədə http://youthfoundation.az saytından məlumat əldə etmək mümkündür.