18 Avqust, 2016
Həmədannan qalxan Rus təyyarələri İŞİD-i yenidən vurublar - Video

İranın Həmədan şəhərində yerləşən hava limanından ikinci dəfə qalxan Rus hərbi təyyarələri Suriyanın Dirazzur şəhərində İŞİD-ə ağır zərbələr endiriblər

Ahlibeyt.az-ın İslaminSesi-nə istinadla verdiyi xəbərə görə, bu barədə RT agentliyi məlumat verib.

Əl-Məyadin telekanalı da bu məlumatı təsdiqləyərək əlavə edib ki, Dirazzurda İŞİD-ə endirilən hava zərbələri çox şiddətli olub. Dirazzurda İŞİD-in əməliyyat otağına endirilən hava zərbəsi nəticəsində içində əcnəbi terrorçular da olmaqla 150 İŞİD-çi məhv edilib və yaralanıb.

Qeyd edək ki, İran parlamentinin sədri ölkəsinin Rusiyaya müəyyən bir hərbi qərargah vermədiyini bildirib.

Ayətullah Xameneinin müşavirlərindən biri bəyan edib ki, Rus təyyarələri yanacaq üçün Həmədan hava limanına enirlər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5608.html