18 Avqust, 2016
Hər kəs məsciddə bir çıraq yandırsa...

Həzrət Məhəmməd (s) buyurmuşdur:

"Kim Allah yolunda bir məscid inşa etdirsə‚ Allah onun üçün Behiştdə ondan daha geniş bir ev əta edəcəkdir."

"Tövbə" surəsinin 18-ci ayəsində oxuyuruq:

«Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər».

Məscid tikməyin əhəmiyyəti barədə hədislər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur:

- "Hər kəs hətta quş yuvası ölçüsündə olsa da məscid tikərsə, Allah-təala behiştdə onun üçün bina ucaldar".

Başqa bir hədisdə Həzrət (s) buyurur:

- "Hər kəs məsciddə bir çıraq yandırsa, nə qədər ki, bu çıraq məscidi işıqlandırır, mələklər onun bağışlanmasını diləyər"

Məscidin abadlaşdırılması müqabilində vəd edilən mükafatlar əslində iki dəstəyə aiddir: Bunlardan biri halal pulla məscid binasını tikənlər, ikincisi məscidi mənəvi cəhətdən düzgün istiqamətdə abadlaşdıranlardır. Haram pulla məscid tikmək günah olduğu kimi, məsciddə dinlə uyuşmayan söhbətlərə yol vermək də günahdır. Bir sözlə, «İlk gündən binası təqva üzərində qurulmuş məscid, namaz qılınmağa daha layiqdir»(Tövbə-108)

Peyğəmbərdən(s) nəql olunan hədislərdə buyurulur:

- "Sahəsi geniş bir məscid tikin ki‚ gələcəkdə onu dolduracaqsınız."

Merac gecəsi Behişt darvazalarına yazılmış yazılardan birində gördüm ki‚) «Kim qəbir evinin geniş və rahat olmasını istəyirsə‚ məscid tiksin!»


- "Ölümündən sonra möminə (savabı) çatacaq xeyir əməllərindən öyrənib öyrətdiyi elm və tikdiyi məsciddir.

- "Tanrı evini abab edən şəxslər Allahın ailəsi sayılır.

- "Allah-Təala Qiyamət günü buyurar:Mənim qonşularım haradadır?Mələklər soruşarlar:Kim sənin qonşun olmağa layiqdir?Allah-Təala cavabında:Məscidimi abadlaşdıran şəxslər".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5607.html