17 Avqust, 2016
Britaniyaya 4 min miqrant uşaq keçib - FOTO

Fransanın Kale şəhərinin yaxınlığındakı qaçqın düşərgəsində yetkinlik yaşına çatmamış minlərlə uşaq və yeniyetmə var.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu baarədə Milli.az "Dayli-Mail"-ə istinadən məlumat yayıv.

Məlumata görə, Fransa ilə Britaniya arasıdakı La-Manş boğazını "Eurotunnel" vasitəsilə keçərək Dumanlı Albiona adlamağa çalışan miqrantlar arasında da uşaqlarla yeniyetmələr az deyil.

Hazırda Şimali Afrika və Yaxın Şərq ölkələrindən olan miqrantlar arasnıda 4 minə yaxın uşağın Britaniyaya "sızdığı" deyilir.

Problemin həll yollarını aramaq üçün dünən Kaledə Fransa və Britaniya DİN nümayəndələrinin görüşü olub. Görüşün moderatoru Kale merinin təmsilçisi Nataşa Buçar idi.

Bildirilib ki,son altı ayda Kaledən Britaniyaya 9 mindən artıq miqrant keçib

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5604.html