
“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Azərbaycan - dini dözümlülük üçün nümunə” layihəsinin icrasına yekun vurub.
Ahlibeyt.az-ın Azertac-a istinadən məlumata görə, layihənin məqsədi gənclər arasında radikal dini cərəyanlarla bağlı geniş maarifləndirmə işinin aparılmasıdır.
Təxminən 400-dək gəncin birbaşa iştirak etdiyi layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Təlim-seminar formatında icra olunan layihə çərçivəsində gənclərə mövzu ilə bağlı bukletlər paylanılıb.