14 Dekabr, 2011
İsrail azanı qadağan etmək istəyir

 

İsrailin işğal etdiyi Fələstin ərazilərindəki məscidlərlə azan səsinin ləğv olunması üçün knessetdə müzakirə edilib.

İslamazeri.az-ın İsrail KİV-inə istinadən verdiyi xəbərə görə, Fələstin torpaqlarında tarixi məscidlərin azan səsləri yəhudiləri narahat edir.

Bunu İsrail knessetində "Evimiz İsrail" partiyası irəli sürüb. Partiya azan səsinin qadağan olunmasını bütün məscidlərdən icra olunmasını istəyib.

Bu mövzuda bəzi deputatlar etiraz etmiş və azanın qadağan olunmasının İsrailin gələcəyi üçün yaxşı olmadığını bildirmişlər.

Başnazir Netanyahu məscidlərdə azan qadağasına dəstək verib.

Məsələ növbəti müzakirə üçün gələn həftəyə təxirə salınıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-560.html