15 Avqust, 2016
Səudiyyə rejimi Yəmən Parlamentinin toplanmasının qarşısını ala bimədi

Yəmən parlamenti 1 il yarımdan sonra fəaliyyətinə yenidən start verib

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə İslamazeri.az “Əl Aləm”-ə istinadən xəbər verib.

Məlumata əsasən, nümayəndələrin parlament binasına daxil olmasıyla, müxtəlif xalq kütlələri də onlara dəstək naminə binanın önünə toplaşıb.

İki həftə öncə ölkədə olan müxtəlif siyasi partiyalar, ölkədə  siyasi şuranın yaranmasıyla bağlı ortaq razılıq əldə olunmuşdu.

Səudiyyə rejimi müxtəlif hücumlar sayəsində, parlamentin ilk iclasını təxirə salmaq niyyətində olsa da, buna nail olmayıb.

Ölkənin istefa vermiş prezidenti Mənsur Hadi də öz növbəsində, parlamentin bu addımı qanuna zidd olaraq dəyərləndirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5591.html