13 Avqust, 2016
Kannda müsəlman qadınlarının çimərlik paltarı qadağan olundu

Qadın bədənini tam örtən "burkini" geyimində  Kann çimərliklərinə giriş  qadağandır - Kann şəhərinin rəhbərliyi "burkini" adlanan ənənəvi müsəlman qadınlarının çimərlik paltarlarına qadağa qoyub

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Trend.az Fransanın "La Libération" qəzetinə istinadən xəbər verir.

Qadın bədənini tam örtən "burkini"də bundan sonra Farnsanın Kann çimərliklərinə giriş artıq qadağandır.

Hakimiyyət orqanları hesab edirlər ki, dini mənsubluğu nümayiş etdirən çimərlik paltarları Fransanın terrorçular üçün hədəfə çevrildiyi zaman içtimai intizamın pozulmasına səbəb ola bilər.

Daha əvvəl İsveçrənin Bazel şəhərində "burkini"də içtimai hovuzlardan istifadə etməyə qadağa qoyulub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5586.html