13 Avqust, 2016
Bəhreyn rejimi 4 həftədir cümə namazının qılınmasına imkan vermir

Bəhreyn rejimi bu ölkənin ən böyük cümə namazının qılındığı əd-Dərraz qəsəbəsinin İmam Sadiq məscidini nəzarətə götürüb

Ahlibeyt.az-ın İslaminSesi-nə istinadla verdiyi xəbərə görə, artıq 4 həftədir ki ən kütləvi cümə namazının qılındığı məkana namaz qılanlar buraxılmır.

Buna görə Bəhreyn paytaxtının və ətraf şəhərlərin rayonlarında kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalarda Bəhreyn rejiminin süqutunu əks etdirən şüarlar səsləndirilib.

Qeyd edək ki son həftədə Bəhreyndə daha 6 din xadimi saxlanılıb. Bu ölkə həbs edilən və vətəndaşlıqdan məhrum edilən siyasi-ictimai fəalların sayına görə dünyada birincidir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5584.html