
Bu barədə Qərb mətbuatı yazıb
Beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı apardığı əməliyyatlar zamanı təqribən 45 min yaraqlı öldürülüb.
Ahlibeyt.az Report-a istinadla xəbər verir ki, bu barədə koalisiya komandanlığına istinadən Qərb mətbuatı yazıb.
"Bizim qiymətləndirmələrimizə görə, biz son 11 ay ərzində təqribən 23 min düşmən döyüşçüsü öldürmüşük", - deyə koalisiya əməliyyatlarının komandanı general-leytenant Şon Makfarland bildirib.
"Əgər bura bunadək öldürülən 20 mini də əlavə etsək, o zaman düşmənin 45 min yaralı itirdiyi məlum olur", - deyə KİV generalın sözlərini sitat gətirib.