
V.Putin Suriyada Rusiya Hava Qüvvələrinin yerləşdirilməsi üzrə müqaviləni Dumaya təqdim edib
Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Suriya dövləti ilə imzalanan, Rusiya Hərbi-Kosmik Qüvvələri dəstələrinin Suriyada yerləşdirilməsi ilə bağlı müqaviləni təsdiq edilməsi üçün Dumaya təqdim edib.
Dumanın internet səhifəsində bu gün yerləşdirilmiş məlumata görə, razılaşma Rusiya müdafiə nazirinin köməkçisi Nikolay Pankov tərəfindən parlamentin iclasında gündəmə gətiriləcək.