
Nigeriyadan olan 3 yaşlı Məhəmməd Şəmsəddin Aliyu Quranı əzbərləyərək beynəlxalq Quran yarışlarına vəsiqə qazanıb.
Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,Uşağın atası doktor Aliyu Şəmsəddin Zariya şəhərində Anqo Abdullaxi adına beynəlxalq məktəbin direktorudur. Bu məktəbdə az yaşlı uşaqlara Quran oxumağı və əzbərləməyi öyrədirlər. "Məhəmməd 3 yaşında Quranı əzbərləyən ilk uşaq deyil, digər uşaqlarda var ki, Quranı bu yaşda əzbərləyiblər, lakin Məhəmmədin üstünlüyü ondadır ki, o beynəlxalq Quran yarışlara vəsiqə qazanıb”,-deyə Atası bildirib .
Məhəmmədin atası Quranın hifzi üzrə keçirilən beynəlxalq yarışlarda onun birinci yeri tutacağına ümidvardır.
Qeyd edək ki, Zariya şəhəri Nigeriyanın şiələr məskunlaşdığı şəhərlərdən biridir. Nigeriya şiələrinin hazırda həbsdə olan lideri Şeyx İbrahim Zəkzakinin rəhbərlik etdiyi Nigeriya İslami Hərəkatının əsas ofisi bu şəhərdə yerləşir