11 Dekabr, 2011
ABŞ prezidentinə namizəd fələstinliləri terrorçu adlandırdı

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca namizədlər özlərini İsrailə və ABŞ-da böyük nüfuza sahib yəhudi lobbisinə bəyəndirmək üçün yarışa çıxıblar.

İsrail mətbuatı xəbər verir ki, ABŞ prezidentliyinə namziəd Nyut Qinqriç ABŞ-da yayımlanan "Jewish Channel2-ə müsahibəsi zamanı "Fikrimcə, fələstinlilər adında xalq filan olmayıb. Bu milləti biz icad etmişik. Onlar ərəb toplumunun bir hissəsi olublar. Onlar müxtəlif yerlərdə məskunlaşmaq imkanına malik olublar. Və İsrailə qarşı davam edən müharibənin səbəbkarı bizlərik" deyib.

Bu sözlər Respublikaçılar partiyasından olan və Qinqriçə əsas rəqib hesab edilən Mitt Romninin etirazına səbəb olub. Amma Qinqriç öz sözlərindən dönməyəcəyini bildirərək "həqiqəti kimsə deməlidir və bu insanlar terrorçulardır" - deyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-556.html