
Sionist rejimin hərbi təyyarələlri bu gün Qəzza şəhərində əl-Zeytun məhəlləsində Həmasın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasının komandirlərindən birinin evini raket atəşinə tutub və nəticədə mənzildə dəhşətli yanğın baş verib. Hücum nəticəsində 1 körpə uşaq olmaqla iki fələstinlinin ağır yaralandığı bildirilir.
Qeyd edək ki, Sionist rejiminin cümə axşamından başlayaraq Qəzzanı bombalaması 6 nəfərin, o cümlədən 1 körpə uşağın şəhid düşməsinə səbəb olub.