
İŞİD terror təşkilatının "yüksək rütbəli" liderləri İraqdan qaçıblar.
Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın müdafiə naziri Halit əl-Ubeydi məlumat verib.
“Mosulun İraq təhlükəsizlik qüvvələri tərəfindən azad olunmasının yaxın olduğunu nəzərə alan İŞİD-in yüksək rütbəli liderləri mülklərini sataraq şəhərdən qaçıblar.
Mosuldakı bəzi ailələr və İŞİD liderlərinin bir qismi Suriyaya doğru, digər qismi isə İraq Kürdüstanına doğru gedib.", - iraqlı nazir "Al Arabia" kanalına verdiyi müsahibədə bildirib.
İŞİD terror təşkilatı 10 iyun 2014-cü ildə Neynəva əyalətinin mərkəzi və İraqın ikinci böyük şəhəri olan Mosula hücum edib və şəhərin idarəsini ələ keçirib.
Mosulun xilası üzrə əməliyyatlar bu ilin mart ayında başlanılıb və indiyə qədər İraq hərbi qüvvələri bir çox ərazini İŞİD terrorçularından təmizləyib.