11 Dekabr, 2011
Livanın sələfi alimi Livan şiələrindən üzr istəyib

Keçən həftə Livanın Səyda şəhərində Bilal bin Rabah məscidində Cümə xütbəsində əzadarlıq əleyhinə danışan və bununla Səyda şəhərinin şiələrin kəskin etirazına səbəb olan sələfi alimi Əhməd əl-Əsir şiələrdən üzr istəyib.

əl-Əsir həmin Cümə xütbəsində Səyda şəhərində əzadarlıq mərasimlərinin kerçirilməsini tənqid edərək, gələn il əzadarlıq məclislərinin qarşısının alınacağını bildirmişdi. Bu həftənin Cümə namazında isə dediyi sözlərdən peşiman olduğunu və şiələrdən üzr istədiyini bildirib.

O deyib ki, əgər mənim sözüm kiminsə narahat edibsə, üzr istəyirəm. əl-Əsir Livanda təfriqə saldığını anladığını və bu səbəbdən dediyi sözlərdən imtina etdiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-553.html