Ölkəmizə İŞİD-i soxan ABŞ indi hörmətə sahib olmaq istəyir
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən,bunu İraqın Sədr hərəkatının lideri Müqtəda Sədr səsləndirib.
ABŞ-ın İraq xalqının xilaskarı olma planlarına toxunan Müqtəda Sədr deyib:
“İraqda baş verən qanlı hadisələr bu məsələnin əksinə səbəb oldu. İraq xalqını BƏƏS dövlətinin əlindən xilas edə bilməyən ABŞ bu gün, xalqı İŞİD-in əlindən xilas edərək hörmətə sahib olmaq istəyir. Bir halda ki, İŞİD-i ölkəmizə daxil edən ABŞ-ın özdür.
Ölkəmizə müdaxilə istər ABŞ tərəfindən olsun istər başqası, qəbul edilməzdir. Biz ABŞ qüvvələrini işğalçı qüvvələr kimi tanıyırıq.”
Qeyd edək ki, “Sədr” hərəkatına bağlı olan “Sülh” batalyonu bəyənat yayaraq, “Biz ABŞ əsgərlərinin qanına susuzuq”-deyə bildirmişdi.