22 İyul, 2016
Mübahisənin meyvəsi peşmançılıqdır

Əmirəl-möminin (ə) buyurur:

"Mübahisə və mira etməyin! Çünki bunlar qardaşlarınıza qarşı qəlbləri xəstə edər və orada nifaq toxumu səpər"

Danışanın sözünü kəsməyə ,mübahisə və ya etiraz etməyə mira və cidal deyilir. Mira və cidal - haqqı  bərabər etmək üçün deyil, məhz danışan insanın eybini və nöqsanını aşkar etmək, onun barəsində şübhə yaratmaq, ondan intiqam almaq və öz qüdrətini nümayiş etdirmək üçün sözə müdaxilə etməkdir. Bu əməl sahibi axirətdə heç bir fayda görməz.

Bu əməl həmçinin pis əxlaqi xüsusiyyətlərdən biri hesab olunur.

Rəsulullah (s) bir rəvayətdə buyurur: "Əhli-Bəytimi sevməyən və haqq olsa belə cidaldan əl çəkməyən şəxs həqiqətən iman gətirməz" ("Səfinətul-bihar" Qummi, c.2, "mira" bölməsi)

Şübhəsiz ki, bu xüsusiyyətə malik insan daim dava-dalaş axtarışında başqasının sözünü kəsər. Başqasının sözünü mübahisə etmək üçün dinləyər, sonra onunla mübahizə edər və bundan ləzzət alar. Xüsusilə az və avam insan kütləsi qarşısında sözdən zəif  birinə öz xəbis xüsusiyyətini nümayiş etdirmək üçün onu təşviq edərlər.

Bu çür mübahisəni adət edən şəxs qalib gəlmək üçün daim cahillərə qarşı çürət edər. Lakin o öz qüdrətini nümayiş etdirdiyi zaman qarşısındakı insanın ondan elmdə və danışmaqda zəif olduğunu düşünmür.

"Cidalın (mübahisənin) meyvəsi peşmançılıqdır" ("Ğurarul-hikəm" səh.464, 10745-ci hədis, "Biharul-ənvar" c.73, səh.339)

İmam Həsən Əsgərindən (ə) nəql edilən rəvayətdə buyurulur:

"Cidal etmə, heybətin aradan gedər. Zarafat etmə, sənə qarşı çürət edərlər"

 

Mənbə Ş.A.Qummi:"Əxlaq elmində 50 dərs"

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5514.html