
"Sədr" hərəkatının rəhbəri Hüccətül-İslam Müqtəda Sədr tərəfdarlarından birinin Bəhreyndə İmam Hüseyn(ə) əzadaralarına olan hücum barədə olan sualına cavab olaraq Məhərrəm mərasimlərinin bəhreynlilərə zalımlar üzərində qələbə qazanmağa yardımçı adlandıraraq bildirib ki, bəhreynlilər Məhərrəm əzadarlıqlarını davam etdirməlidirlər. Çünki bə əzadarlıq qəlblərin təqvalı olmasına və kafirlərin qəzəbinə səbəb olur.
Müqtəda Sədr həmçinin deyib ki, biz bəhreynlilərlə bir bədənik. Onlara hücum edənlər elə bil bizə hücum ediblər. İnşəallah İmam Hüseynin(ə) köməkliyilə bəhreynlilər zalımlar üzərində qələbə qazanacaqlar.