21 İyul, 2016
Vaşinqtonda nadir Quran nüsxələri nümayiş olunacaq

ABŞ tarixində nadir Quran nüsxələrinin ilk sərgisinə hazırlıq görülür.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, sərginin təşkilatçıları Vaşinqtondakı Smitson İnstitutu və İstanbul Türk və İslam İncəsənti Muzeyidir.

Tədbir Smitson İnstitutunun nəzdindəki Şərq İncəsənəti qalereyasının iki zalında keçiriləcək.

Sərginin eksponatları VIII əsrdən (Dəməşq) XVII əsrə kimi dövrü əhatə edən (İstanbul) "Qurani-kərim" nüsxələrindən ibarətdir.

Qeyd edək ki, bu nüsxələrin əksəriyyəti ilk dəfədir, Türkiyədən kənarda nümayiş olunur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5509.html