20 İyul, 2016
Həccə gedəcək azərbaycanlı zəvvarlara viza verilməsi ilə bağlı sənəd qəbulu başlayıb

Azərbaycanda bu gündən Həccə gedəcək zəvvarlara vizaların verilməsi üçün Səudiyyə Ərəbistanının Bakıdakı Səfirliyində sənəd qəbulu başlayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumatda bildirilib.

Məlumata görə,artıq idarədə ödəniş edərək qeydiyyatdan keçən zəvvarların sənədləri səfirliyə təqdim olunmağa başlayıb. Gələn ayın sonunadək zəvvarlara vizaların verilməsi tamamlanacaq.

İdarədən bildirilib ki, bu il Həccə gedəcək azərbaycanlı zəvvarlar üçün ziyarət qrafiklərinin rəsmiləşdirilməsi, otellərin müəyyənləşdirilməsi və sair tamamlama işləri ilə bağlı QMİ nümayəndə heyəti Səudiyyə Ərəbistanına yola düşüb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5508.html