16 İyul, 2016
Baş Qərargahın binasında təslim olan qiyamçıların sayı 700-ə çatıb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasında təslim olan qiyamçıların sayı 700-ə çatıb

Ahlibeyt.az-ın Türk mətbuatına istinadən məlumatlna görə, hazırda Baş Qərargah binasında qalan qiyamçı hərbçilərə qarşı əməliyyata hazırlıq görülür.

Son məlumata əsasən, dövlət çevrilişinə cəhd nəticəsində ümumilikdə 190 nəfərdən çox həlak olub, 1154 nəfər yaralanıb.Öldürülənlərdən 100 nəfərə qədərinin hərbi çevrilişə cəhd edən hərbçilərin olduğu qeyd olunur.

Ədliyyə naziri Bəkir Bozdağ qiyamçıların həbs edilməsi ilə bağlı əməliyyatların əsasən Ankarada və İstanbulda aparıldığını vurğulayıb. Lakin ölkənin digər bölgələrində də əməliyyatların davam etdirildiyi qeyd olunub.

Qiyamla əlaqədar istintaq tədbirləri çərçivəsində  bir neçə min hərbçinin saxlanıldığı və həbslərin davam edəcəyi bildirilir

Hazırda məzuniyyətdə olan bütün hakim və prokurorların tətillərini yarımçıq qoyaraq, dərhal vəzifələrinin icrasına başlamaları barədə qərar qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5496.html