16 İyul, 2016
Rəsmi Bakıdan Türkiyədəki dövlət çevrilişinə cəhd ilə bağlı bəyanat

Azərbaycanın Xarici İşlər Nazirliyinin Türkiyədəki dövlət çevrilişə cəhd ilə bağlı bəyanat yayıb.

Ahlibeyt.az-ın məlumatına görə, bəyanatda bildirlir:

Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı. “Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir.

Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb. Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşcağına əminliyimizi ifadə edirik”.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5495.html