13 İyul, 2016
Türkiyə baş naziri: “Suriya ilə əlaqələrin normallaşmasına möhtacıq”

Türkiyə baş naziri Binəli Yıldırım Suriya hökuməti ilə ilə əlaqələrin yenidən normallaşacağını söyləyib

Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə,Türkiyənin baş naziri bildirib:

“İstər daxildə, istərsə də xaricdə dostluq əlaqələrimizi genişləndirəcəyik. Xariclə bağlı artıq bu addımı atmışıq. Bizim böyük hədəflərimizdən biri Suriya və İraqla olan əlaqələrimizi ən yaxşı səviyyəyə çatdırmaqdır. İsrail və Rusiya ilə əlaqələrimizi adiləşdirdik. Əminəm ki, Suriya ilə də əlaqələrimiz normal vəziyyətə qayıdacaq.”

“Bizim Suriya ilə normal əlaqələr yaratmağa ehtiyacımız var. Dəməşqlə əlaqələrimizin yenidən bərpa edilməsi hətta bir az da gecikmişdir. Biz regionda yaranmış rəqabət hisslərini kənara qoymalıyıq. Çünki məntəqədə yaranmış insanlıq faciəsinə göz yuma bilmərik”, deyə Binəli Yıldırım əlavə edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5487.html