9 Dekabr, 2011
Ayətullah Seyyid Əli Sistani Ərəb Liqasının baş katibini qəbul etmədi

İraqda səfərdə olan Ərəb Liqasının baş katibi Nəbil əl-Ərəbi mərcei-təqlid Ayətullah Seyyid Əli Sistani ilə görüşmək istəyib ki, Ayətullah Sistani onun istəyini rədd edib.

Ayətullah Sistaninin nəyə görə əl-Ərəbini qəbul etmədiyini öyrənmək üçün onun dəftərxanası ilə əlaqə saxlayan müxbirlər, Ayətullah Sistaninin sıravi camaatı qəbul etdiyinə görə, xeyli məşğul olduğu cavabını alıblar.

Qeyd edək ki, Nəbil əl-Ərəbinin İraqa səfər etməsindən məqsəd İraq dövlətinin Ərəb Liqasının Suriyaya qarşı qəbul etdikləri sanksiyalara qoşulmasını təmin etməkdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-548.html