12 İyul, 2016
Omsk şəhərində böyük məscid inşa olunacaq

Rusiyanın Omsk şəhərində 1200 ibadət yeri olan məscidin inşası planlaşdırılıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbər görə, regionun böyük ibadətgahlarından olacaq məscid “Sibirin ürəyi” adlanacaq. Burada konfrans zalının, dəstəmaz otaqlarının, dini ayinlərin icrası üçün geniş yeməkxana və əlbəttə, kişi və qadınların ayrılıqda ibadətləri üçün geniş zallar nəzərdə tutulub.

Omsk şəhərinin meri inşaat işləri üçün torpaq sahəsini Müsəlman İdarəsinin istifadəsinə 49 il müddətinə əvəzsiz olaraq verib.

Məscid şəhərin ən izdihamlı yerində - Arxitektorlar bulvarında ticarət mərkəzi ilə üzbəüz tikiləcək.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5479.html