
ABŞ Dövlət katibi Con Kerri Qarabağ münaqişəsini NATO sammitində müzakirəyə çıxarıb. Dövlət rəsmisi Qarabağı münaqişəsi barədə Azərbaycan və Ermənistan dövlət başçıları ilə söhbət edib.
Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, bu haqda departamentin təmsilçisi Con Kirbi Vaşinqton şəhərindəki birinqində rəsmi açıqlama verib. Kirbinin sözlərinə görə, dövlət katibi bir daha Vyana və Sankt-Peterburq danışıqlarında əldə edilən razılıqlara əməl olunmasının vacibliyini xatırladıb. Con Kerri ABŞ tərəfinin münaqişənin dinc yolla həll edilməsində maraqlı olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 8-də Varşavaya yollanıb. Burada o Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb.