
Bu gün 8 iyul - Bakının "Məşədi Dadaş" məscidində cümə namazından sonra "Qanvermə aksiyası" keçiriləcək.
Ahlibeyt.az-ın məlumatına görə,"Məşədi Dadaş" məscidində Hacı Şahin Həsənlinin imaməti ilə qılınacaq cümə namazından sonra talassemiyalı uşaqlara yardım məqsədi ilə qanvermə aksiyası keçiriləcək.
Aksiyada iştirak etmək istəyənlərin özləri ilə şəxsiyyətlərini təsdiqləyən sənəd götürmələri tövsiyyə olunur.Məscid ərazisində keçiriləcək aksiyada iştirak könüllüdür.