8 Dekabr, 2011
Həmas rəsmən Suriyadan köçəcəyi xəbəri təkzib etdi

Həmas təşkilatının siyasi bürosunun üzvü İzzət ər-Rişk ABŞ-ın "United Press İnternational" xəbər agentliyinə verdiyi müsahibə zamanı Həmas təşkilatının qərargahını Dəməşqdən köçürəcəyi xəbərini təkzib edib.

O deyib ki, bizə heç bir ölkə Suriyanı tərk etmək barədə təzyiq göstərməyib.

Həmçinin Həmasın sözçüsü Sami Əbu Zuhri Suriyada sabitliyin hökm sürdüyünü və təşkilatın qəraragahını harasa başqa bir yerə köçürmək planının olmadığını bildirib.

Xatırladaq ki, "Wall Street Journal" qəzeti dünən məlumat yaymışdı ki, Qətər və Türkiyənin təzyiqləri nəticəsində Həmas qərargahını Dəməşqdən köçürmək qərarına gəlmişdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-546.html