6 İyul, 2016
Fitr bayramı - Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!

Allahın Peyğəmbəri (s) buyurur:«Fitr və Qurban bayramlarını “La ilahə illəllah”, “Allahu əkbər”, “Əlhəmdulillah” və “Sübhənallah” cümlələri ilə bəzəyin.»

İslam dinində Şəvval ayının ilk günü Fitr bayramı kimi qeyd olunur. Müsəlmanlar ramazan ayı boyunca bir ay orucluqdan sonra bu bayramı qarşılaryır.

Bir ay nəfslə mübarizədən sonra möminlər Fitr bayramında öz istəklərinə qələbə çaldıqlarını qeyd edirlər.

Hədislərin birində buyurulur:

“Fitr bayramı günü möminləri səsləyərlər: “Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!”

“ Fitr” bayramı, fitrətə qayıtmaq mənasını daşıyır. Yəni, ramazan ayında nəfslə cihad və mə`nən özünüdüzəltmə insanı bir məqama çatdırır ki, cəhl, azğınlıq, günah və həva-həvəs pərdələrini aradan qaldırır. İnsan Allah-taalanı əks etdirən pak fitrətinə qayıdır. İslam aspektindən fitr baryramı ruzidir ki, müsəlmanlar ramazan və orucluq məktəbində Quran ayələri və öz münacatları, səbr və iradələrini gücləndirməklə öz fitrətini Allaha yönəldir və günah etməmək üçün özünü  Allah-taalanın məzhərində bilir.


Təqvalılar mövlası həzrət Əli (ə) Fitr bayramlarının birində oxuduğu xütbədə buyurub:

“Ey camaat! Bu gün bir gündür ki, yaxş əməl sahibləri  savab, günahkarlar isə məyus olur və onun qiyamət gününə çox bənzərliyi var. Elə isə bayram namazını qılmaq üçün mənzillərinizdən çölə çıxanda, qəbirlərinizdən çıxıb Rəbbinizə tərəf gedəcəyiniz vaxtı xatırlayın. Namaz qılınan məkanda duranda ilahi ədlin məhzərində durduğunuzu və sizinlə hesab-kitab olunduğu zamanı xatırlayın. Öz mənzillərinizə qayıdan zaman, cənnətdəki mənzilinizə getdiyinizi düşünün. Ey Allah bəndləri! Oruc kişi və qadınlara verilən ən az şey, odur ki, ramazan ayının sonunda bir mələk onlara belə nida edir: (Baxın! Dinləyin!) Sizə müjdə olsun ey Allah bəndələri! Keçmiş günahlarınız bağışlandı. Elə isə öz gələcəyinizi, qalan günlərinizi necə keçirəcəyinizi düşünün!” (Nəhcül-bəlağə: 78-ci xütbə)

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5459.html