
Ayətullah Sistaninin dəftərxanasının açıqlamasına görə ötən axşam şəvvalln ayı görünməyib.
Ahlibeyt.az İslaminSesi-nə istinadla xəbər verir ki bu barədə ayətullah Sistaninin dəftərxanasından açıqlama verilib.
Açıqlamada bildirilib ki, şəvval ayının görünməsi ötən gecə mümkün olmayıb və bu əsasla şəvval ayı iyulun 5-i axşam(gün batdıqdan sonra) görünəcək. Ayın Nəcəf Əşrəf şəhərinin üfüqündə 40 dəqiqə müddətində görünəcəyi bildirilib.
Əlavə edilib ki bayramın birinci günü ayın 6-ı olacaq.
Qeyd edək ki Fitr bayramını sabah yəni ayın 6-da bu ölkələr keçirəcək:
Əfqanistan;Albaniya;Əlcəzair;Azərbaycan;Bəhreyn;Bolqarıstan;Çeçenistan;Misir
Gürcüstan;İraq;İran:İordaniya;Qazaxstan;Küveyt;Livan;Qırğızıstan;Mavritaniya;
Fələstin;Filippin;Qətər;Səudiyyə Ərəbistanı;Sinqapur;Sudan;Suriya;Tacikistan
Türkmənistan;Özbəkistan;Yəmən