
İraqın baş naziri Heydər əl-Abadi Bağdadda törədilən irimiqyaslı terror aktı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,bu barədə Reuters agentliyi xəbər verib.
Baş nazir Əl-Abadi bildirib ki, terror aktını törədənlər mütləq layiqli cəzalarını alacaqlar.
Qeyd edək ki,Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 167 nəfərə çatıb, 200 nəfərə qədər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Bomba yüklü avtomobil şiə müsəlmanların dini mərkəzi yaxınlığında dayandırılıb.Daha sonra İraq paytaxtının şimalında bazar yaxınlığında ikinci partlayış törədilib.