
Ayətullah Xameneiyə bağlı hilalı təyin edən qurum Fitr bayramı açıqlaması edib
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Ayətullah Xameneiyə bağlı hilalı təyin edən qurumun məsulu höccətülislam Rza İsfahani bu barədə deyib:
“Ümüd edirik ki, iyulun 5-i(gün batdıqdan sonra), şəvvalın ilk günlük ayını müşahidə edək. Buna əsasən,iyul ayının 6-sı hökmən bayram olacaqdır.
Biz, Avstraliya və Asiyanın cənub-şərqindən bu barədə xəbərlər əldə etsək də, Ayətullah Xameneinin göstərişinə əsasən ay, ölkədə də müşahidə edilməlidir. Bu səbəbdən Qum şəhərində 6 heyət bununla bağlı fəaliyyət göstərəcəkdir.
Bundan əlavə, Ayətullah uzma Sistaniyə bağlı olan “İmam Əli (ə)” rəsədxanası da, Kəhəkdə bu işlə məşğul olacaqdır.”